Region

Güclü dolu İstanbulda həyatı iflic etdi

Bu gün axşam saatlarında Türkiyənin İstanbul şəhərinə şiddətli dolu düşüb.

“Anadolu” agentliyinin məlumatına görə, güclü küləklə müşayiət olunan dolu şəhərin əsas nəqliyyat arteriyalarında problemlər yaradıb, avtomobillərə ciddi ziyan vurub.

Dəniz səfərləri və bəzi aviareyslər təxirə salınıb. Küçələrdə piyadaların hərəkəti çətinləşib, su basmış iş yerlərindən insanlar xilasedicilər tərəfindən təxliyə olunublar.

Təbii fəlakət İstanbul limanlarından birində yanğına səbəb olub, bəzi tikililərdə dağıntılar baş verib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close