Kriminal

Göygöldə dəhşətli cinayət – İki qadın qətlə yetirildi

Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib.

Hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.

Onlardan birinin başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Daha Çox Göstər

Bənzər Məqalələr

Close