Xəbər

Göygöl rayonuna yeni polis rəisi təyin olundu

Göygöl rayonuna yeni polis rəisi təyin olunub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Mirnemət Mirbabayev Göygöl rayon Polis Şöbəsinə rəis təyin edilib.
M.Mirbabayev bundan əvvəl Quba rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Göygöl rayon Polis Şöbəsinin bundan əvvəlki rəisi Bahadur Şükürov Bakı şəhər Xətai rayon Polis İdarəsini istintaq şöbəsinin rəisi vəzifəsinə təyin edilib. (apa)

Daha Çox Göstər

Bənzər Məqalələr

Close