Kriminal

Gecə klubunda QƏTL: müştərisini bıçaqladı

Gecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirlən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Vüsal İbrahimovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, hadisə Nizami rayonu, “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.
Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close