Region

FETÖ-çülər məhkəməyə eyni libasda çıxarılacaq

Türkiyə Ədliyyə Nazirliyinin qərarına əsasən ölkədə məhkəmələri davam edən Fəthulla Gülən təşkilatının ( FETÖ) üzvləri bundan sonra məhkəmə qarşısına eyni libasda çıxacaqlar.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Məlumatda qeyd olunub ki, libasın forması hələ təsdiq edilməsə də, rənginin açıq-qəhvəyi olacağı ehtimal edilir.

Keçən ilin sonunda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da oxşar açıqlama ilə çıxış etmişdi.

Qeyd edək ki, 2016-cı il iyunun 15-dən 16-na keçən gecə Türkiyədə Fəthulla Gülənə (hazırda ABŞ-da yaşayan) bağlı bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib. Dövlət çevrilişi baş tutmasa da, həmin hadisələrdə 255 nəfər həlak olub, iki minə yaxın adam yaralanıb.

Açar Sözlər
Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close