Region

Evli müəllim 200 tələbəsinə cinsi təcavüz edib

ABŞ-ın Pensilvaniya ştatında dəhşətli hadisə baş verib.
34 yaşlı Randi Zurenko adlı qadın müəllim 2 qız tələbəsinə təcavüz edib.
Faktla bağlı dərhal cinayət işi açılıb və məhkəmə prosesi başladılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, evli müəllim fəaliyyəti boyunca 200-ə yaxın tələbəsinə cinsi təcavüz edib. Təcavüzə uğrayan tələbələrin 16-17 yaşında olduğu ortaya çıxıb. İstintaq prosesi zamanı müəllimin kompüterində uşaqlara tətbiq etdiyi cinsi təcavüzlərin görüntüləri tapılıb.
Təcavüzə uğrayan tələbələrdən biri polisə verdiyi ifadədə müəlliminin ona cinsi məzmunlu mesajlar göndərdiyini və ona spirtli içki verdikdən sonra soyunmasını tələb etdiyini etiraf edib.
Cinayətkar müəllim məhkəmə prosesi zamanı törətdiyi cinayəti etiraf edib. Əməlindən peşman olduğunu deyən müəllim uşaqlarının xətrinə onun bağışlanılmasını rica edib.
Məhkəmə qadının və təcavüz etdiyi qızların vəziyyətini nəzərə alaraq müəllimə 23 ay həbs cəzası verilib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close