Sosial

Evdən qaçan 19 yaşlı gəlin tapıldı

İtkin düşmüş Biləsuvar rayon sakini tapılıb.

Yaxınlarının “Report”-un Aran bürosuna verdiyi məlumata görə, rayonun Xırmandalı kənd sakini 19 yaşlı Zeynalzadə İlahə İqbal qızı bu gün evlərinə zəng edərək Bakı şəhərində olduğunu bildirib.

O, bu il iyulun 25-də evdən çıxıb və geri qayıtmayıb.

İ.Zeynalzadə evdən çıxarkən yaşyarımlıq körpəsini və sənədlərini də aparıb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi də axtarış aparıb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close