Mədəniyyət

“Eurovision-2017”-nin qalibi məlum oldu

 

Ukraynanın paytaxtı Kiyevdə “Eurovision-2017” beynəlxalq mahnı yarışmasının finalı keçirilir.

Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) “Skeletons” mahnısı ilə 12-ci nömrə altında çıxış edib.

Azərbaycan təmsilçisinin çıxışı zalda coşqu ilə qarşılanıb.

Qeyd edək ki, finalda 26 ölkə iştirak edir. Finalda iştirak edən ölkələr bunlardır: İsrail, Rumıniya, Niderland, Macarıstan, Xorvatiya, Bolqarıstan, Avstriya, Danimarka, Belarusiya, Norveç, Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr, Belçika.

Bu il yarışmaya ev sahibliyi edən Ukrayna, Fransa, İtaliya, İspaniya, Almaniya və Böyük Britaniya isə finala birbaşa vəsiqə alan ölkələrdir.

Bu il müsabiqədə rekord sayda – 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close