Region

Ermənistan PUA-dan istifadə edib: Əsgərimiz yaralanıb

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb. Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.

Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür”, deyə, məlumatda bildirilib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close