SosialXəbər

Erməni jurnalist “Meydan TV”-yə işçi axtarır – FOTOFAKT

Meydan TV-nin erməni şəbəkəsilə bağlı olduğu artıq heç kim üçün sirr deyil. Bu da deyilənləri təsdiqləyən daha bir fakt: hazırda Tiflisdə məskən salan erməni jurnalist Onnik Krikorian özünün tvitter hesabında elan paylaşaraq, Meydan TV-yə işçi axtarıldığını bəyan edib!

Onnik Ceyms Krikorian Britaniyada doğulmuş erməni jurnalisti və fotoqrafıdır. 2013-cü ildən Tiflisdə keçirilən “4M Journalism and Social Media” forumunda təşkilatçı kimi aktiv iştirak edir. Forum Güney Qafqazın hər 3 ölkəsindən olan jurnalistləri bir yerə toplayır və təşkilatçılara lazım olan ideyalarla təlimatlandırır. Daha sonra onlar layihəni maliyyələşdirən şəbəkənin maraqlarına uyğun işlərə yənəldilirlər.

Meydan TV üçün verilən elanda deyilir ki, həftədə 40 iş saatı və aylıq 1000 avro məvaciblə Tiflisdə yerləşmək şərtilə layihə meneceri axtarılır. 1000 avro az pul deyil. Bəs özünü qeyri-kommersiya qurumu kimi təqdim edən “Meydan TV” işçilərinə bu pulu haradan ödəyəcək? Şübhəsiz ki, Krikorianın da bağlı olduğu erməni şəbəkəsinin cibindən!

Daha Çox Göstər

Bənzər Məqalələr

Close