Region

Ərdoğan Almaniya XİN rəhbərini kəskin TƏNQİD ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniya XİN rəhbəri Ziqmar Qabriel kəskin tənqid atəşinə tutub.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniya XİN rəhbəri Ziqmar Qabriel kəskin tənqid atəşinə tutub.
Regioninfo Türkiyənin NTV telekanalına istinadən bildirir ki, bundan əvvəl Z.Qabriel R.T.Ərdoğanı Almaniyadakı seçkiqabağı kampaniyaya “kobud müdaxilə” etməkdə ittiham edib.
“Sən kimsən ki, Türkiyə prezidenti ilə danışırsan!? Sən xarici işlər naziri ilə danış! Həddini bil. Bizə dərs keçməyə çalışır. Sən nə vaxtdan siyasətdəsən? Neçə yaşın var? Bizim həyatımız siyasətdə mübarizələrlə keçib. Almaniyanın bizə qapı açıb-açmamasının heç bir önəmi yoxdur, bizə açılan qapılar yetərlidir. Qapılarını bizə açan ölkələrə məmnuniyyətlə gedirik və qapımız onlara açıqdır”, – deyə Ərdoğan qeyd edib”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, avqustun 18-də R.T.Ərdoğan ikitərəfli münasibətlərin korlanmasında Almaniyanı günahlandıraraq, bu ölkədəki soydaşlarını qarşıdakı seçkilərdə Almaniyanın hazırkı kansleri Angela Merkeli və Sosial-Demokratik Partiyanın lideri Martin Şultsu dəstəkləməməyə çağırıb.
Almaniya XİN rəhbəri Z.Qabriel R.T.Ərdoğanın bu çağırışını “seçkiqabağı kampaniyaya kobud müdaxilə” adlandırıb. O, türk əsilli Almaniya vətəndaşlarına müraciət edərək, onlardan “bundestaq seçkilərində iştirak etməyi və demokratik partiyanı seçməyi” xahiş edib.
Almaniya bundestaqına seçkilər sentyabrın 24-də keçiriləcək.

Açar Sözlər
Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close