Qoroskop

Ən QƏZƏBLİ və TƏHLÜKƏLİ bürclər

Onlarla ehtiyatlı davranın!

Bəzi insanlarla ehtiyatlı davranmaq lazımdır.
Regioninfo xəbər verir ki, bürclər arasında Qoçla Əqrəb aqressiv rəftarı ilə xüsusilə seçilir.
Qoç
İdarəedici və enerjili Qoçları impulsiv Mars planeti idarə edir. Yaxşı əhval-ruhiyyədə Qoç çox gözəl dost və yoldaşdır. Onunla darıxmırsan, çünki tənbəl deyillər. Bu bürclər istənilən məsələdə sizə kömək etməyə həmişə hazırdır. Lakin Qoçlar pis əhval-ruhiyyədə olan zaman onları bərk hirsləndirərsiniz, sizi əsl od qasırğası udacaq. Bu da təbiidir, axı Qoçlar Od ünsürünə aid edilir.
Qoç hirsli və inadkar olur, onlarla razılaşmaq çətindir, çünki onlar heç də həmişə həmsöhbətinin məntiqi dəlillərini dinləmək istəmir. Bu zodiak işarəsinin kişiləri çox vaxt düşünürlər ki, bəzi məsələləri yalnız yumruqla həll etmək olar.
Əqrəb
Bu zodiak nişanı da Mars planetinin himayəsi altında yerləşir. Əqrəblər adətən sakit və gülərüzdür. Onları kimsə sadəlövh hesab edə bilər. Amma belə deyil, hər kəs çox gözəl bilir ki, əmin-amanlıq pərdəsi altında vaxtaşırı olaraq güclü emosiya qasırğası cərəyan edir. Bu bürclər də təbiətən mənsub olduqları Su ünsürünə həssaslıq göstərir.
Yeri gəlmişkən, Əqrəb öz hisslərini nadir hallarda nümayiş etdirir, onları adətən özündə saxlamağa üstünlük verir. Amma onun səbr kasasını daşırsanız, onda dağıdıcı gücə sahib qəzəbə tuş gələcəksiniz. Belə məqamlarda Əqrəblər həddən artıq sərt, hətta qəddar olur.(Publika.az)

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close