FotosessiyaLayihələrimiz

DCİY İB-dən Dənizkənarı Bulvar ərazisində növbəti aksiya

Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi 25-27 avqust 2017-ci il tarixində “Sağlam Azərbaycan” Festivalı çərçivəsində “Allahverdiyə dəstək olaq” adlı xeyriyyə aksiyası təşkil etmişdir. Aksiya Bakı şəhərində yaşayan 11 yaşlı Əkbərov Allahverdi Natiq oğlu üçün təşkil olunmuşdur. Uşaq serebral iflic xəstəliyindən əziyyət çəkən Allahverdinin ailəsi kirayədə yaşayır və maddi imkanları olduqca aşağıdır.

Aksiyanın təşkilatçısı, DCİY İB-nin sədr müavini Samirə Rəfullayeva Regioninfo-ya bildirmişdir ki, bu tip aksiyalar davamlı təşkil olunacaq və növbəti aksiyalarda DCİY İB olaraq mümkün qədər daha geniş kütləni əhatə etməyə çalışacaqlar.

DCİY İB-nin təşkil etdiyi aksiya çərçivəsində toplanan vəsait və aksiyaya bağışlanılmış əlillik arabası Allahverdinin ailəsinə təhvil verilmişdir. Aksiyanın foto hesabatını oxucularımıza təqdim edirik.

e

Daha Çox Göstər

Bənzər Məqalələr

Close