Xəbərlər

DCİY İB Azərbaycan xalqını Qurban Bayramı münasibətilə təbrik edir

Qurban bayramınız mübarək olsun! 

Hörmətli Azərbaycan xalqı!

Sizi İslamın həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımızın hər bir üzvünə ən səmimi arzularımızı yetiririk.

Qurbankəsmə mərasiminin tarixi qədim dövrlərə gedib çıxır. Tarix boyu dünya xalqları bu ayini müxtəlif cür icra etmişlər. Hətta insanları qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi dəhşətli adətlər olmuşdur. Hər üç səmavi dində – iudaizm, xristianlıq və islamda bu və ya digər formada qurbankəsmə ayini var. İslamın bərqərar etdiyi Qurban bayramı isə bəşəriyyətin həyatında tamamilə yeni səhifə açdı, Allanın yaratdığı ən kamil məxluqa – insana bir vaxtlar bəslənmiş vəhşi münasibətə son qoydu.

Əziz həmvətənlər!

Bu günlər ailələrimiz timsalında xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə kəsdiyiniz qurbanların Allah dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizə səmimi təbriklərimizi yetiririk. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!

Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi

Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi

Daha Çox Göstər

Bənzər Məqalələr

Close