Sosial

Dəmir Yollarından YENİ TƏLƏB

Respublikanın rayonlarına qatarla gedərkən 10 yaşlı uşaqları yanlarında aparan qohumlardan valideynlərin verdiyi etibarnamə tələb olunacaq. Bununla bağlı qərar bir neçə gün əvvəl qəbul edilib.
Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, qohumlar mütləq ata və ya anadan bununla bağlı etibarnamə almalıdırlar:
“Bir neçə gün əvvəl qəbul edilmiş yeni qərara əsasən, 10 yaşa qədər uşağı nənə, baba, əmi, dayı, xala, bibi və digər qohumları Bakıdan rayona aparmaq üçün valideynləri adından notariusda təsdiq edilmiş sənədi təqdim etməlidirlər. Bu sənəd olmadığı halda, uşağın aparılmasına icazə verilməyəcək”.
S.Qədirova bildirib ki, bu yeniliyin tətbiq edilməsinə səbəb uşaqların təhlükəsizliyini təmin etməkdir:
“Son vaxtlar ölkədə problemli boşanmalar artıb. Bu zaman həmin ailələrdə olan uşaqların valideynlərdən xəbərsiz aparılması problemə çevrilir. Həm bu problemlər, həm də uşaqların qaçırılması kimi halların qarşısını almaq üçün bu addım atılıb. Düzdür, bu cür hallarla bağlı bizə müraciət daxil olmayıb, lakin profilaktik tədbirlər məqsədilə belə bir addım atmışıq”.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close