Dünya

Dələ 45,5 min insanı işıqsız qoydu

Kaliforniyanın San-Dieqo şəhərində 45,5 min insan dələyə görə işıqsız qalıb. Bu barədə AzVision.az “CB8” telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, hadisə çərşənbə axşamı günorta saatlarında baş verib. Yaşayış binaları, məktəblər və müəssisələrin işıqsız qalmasına dələnin elektrik naqillərinə toxunması olub.

Məlumatda qeyd olunur ki, bir saat sonra işçilər şəhərə elektrik verilişini bərpa edə bilib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close