Kriminal

“Çörək sexində işlədiyini deyirdi, əslində masaj salonunda…” – Bakıdakı qətlin TƏFƏRRÜATI

Bakıda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədovun qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürməsi faktı ilə bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən B. Məmmədov polisə gələrək könüllü təslim olub.
B. Məmmədov polisə verdiyi ilkin ifadəsində hadisə baş verən ünvanda həyat yoldaşı və 7 yaşlı oğlu ilə birlikdə kirayədə yaşadıqlarını bildirib.
Qətlə isə ərinin qadının mobil telefonunda masaj salonunda çəkilmiş fotolarını aşkar etməsi səbəb olub.
Onların arasında mübahisə yaranıb, nəticədə B. Məmmədov həyat yoldaşını boğaraq öldürüb.
İstintaq araşdırması zamanı müəyyən edilib ki, Z. Mərifova ərinə çörək sexində işlədiyini desə də, onun masaj salonunda işlədiyi üzə çıxıb.
B. Məmmədov isə həyat yoldaşının harada işləməsindən xəbərsiz olduğunu bildirib.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir. (apa)
***
Bakıda 36 yaşlı kişi özündən 10 yaş kiçik həyat yoldaşını boğaraq öldürüb.
Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Rayon sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürüb.
İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (trend)

Daha Çox Göstər

Bənzər Məqalələr

Close