Kriminal

Cadügər bilib qadını doğradılar

Hindistanda psixoloji problemləri olan qadın evinin yolunu səhv salaraq girdiyi küçədə insanlar tərəfindən öldürülüb.
Publika.az xəbər verir ki, ölkənin Mutnai şəhər sakini 65 yaşlı Maan Devi yolu səhv salaraq bilmədiyi bir məhəlləyə girib. Qadının dağınıq saçları və nimdaş geyimi insanları təşvişə salıb. Ətrafdakı insanlar qadını daş-qalaq edib və bıçaqla kəsib ölümcül hala salıblar.
Polis faktla bağlı araşdırma başladıb. Məlum olub ki, son vaxtlar həmin məhəllənin sakinlərindən bir neçəsi ard-arda dünyasını dəyişib. İnsanlar bunu cadügərin əməlləri olduğunu düşünüblər. 65 yaşlı Maan Devini isə bu hadisələri törətdiyini düşündükləri üçün öldürüblər.

Açar Sözlər
Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close