Sağlamlıq

Bu şirə bütün həyatınızı DƏYİŞDİRƏCƏK

Qalxanabənzər vəzi (tiroid) hormonların vəziyyətinə görə cavab verir, maddələr mübadiləsini sürətləndirir, oksidləşmə prosesini artırır, yağların yanmasını çoxaldır və istiliyin əmələgəlməsini artırır. Bunlardan başqa qalxanabənzər vəzinin hormonu skeletin inkişafına təsir edərək sümükləri uzununa böyüdür və epifizləri bitişdirir. Sinir sisteminin vəzifəsini təmin edir.
Orqanizmdə qalxanvari vəzinin hormonlarının azalması hipotireoz yaradır, bu endokrin orqanın funksional çatışmazlığına və ya hormon mübadiləsinə təsir edən patoloji proseslərə işarət edir. Hipotireoz endokrin sistemin ən çox rast gəlinən xəstəliklərindəndir. Hipotireozun böyüklərdə ən ağır forması miksedemadır, uşaqlarda isə – kretinizm (kəmağıllıq).
Hipotireozun ən çox yayılmış əlamətləri bunlardır:
Depressiya
Ağır aybaşı dövrləri
Səksəkə
Dəridə və saçlarda quruluq
Yorğunluq və zəiflik
Soyuq temperatur həssaslığı
Yuxu ilə bağlı problemlər
Hipertireoz (Tireotoksikoz) isə qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xarakterizə olunur. Bir çox hallarda buna səbəb diffuz toksiki zob və qalxanabənzər vəzinin funksional avtonomiya xəstəliyi səbəb olur. Bu xəstəliklər zamanı qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və triyodtironin (T3) hormonları əmələ gəlir ki, bu da zülal və lipid mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.
Ən geniş yayılmış əlamətləri bunlardır:
Saç tökülməsi
Menstruasiya dövrünün gecikməsi
Əlin əsməsi
Əsəbilik, hiperaktivlik
Tərləmə və yüksək temperatura qarşı həssaslıq
Əsəbilik və eqoistlik
Vəziyyət hipertireoza qədər çatanda insanların əksəriyyəti bunu dərmanlar, radioaktiv yod və cərrahi yollarla aradan qaldırmağa çalışır. Bəzən bu müalicə üsulları ilə istənilən nəticələri təmin edə bilmirlər, çünki onlar qalxanabənzər vəzinin funksiyasını azalda və bəzi hormonların miqdarının sekresiya riskini artıra bilər.
Xoşbəxtlikdən qalxanvarı vəzini və onun funksiyasını yaxşılaşdırmaq üçün təbii üsullar da mövcuddur.
Publika.az qalxanabənzər vəzinin düzgün işləməsinə yardım edən və təbii inqrediyentlərdən hazırlanan effektiv resepti təqdim edir.
Quşüzümü – qalxanabənzər vəzinin optimal sağlamlığı üçün zəruri olan mineral və yodun əla mənbəyidir.
Antioksidantlarla zəngin limon və portağalda olan C vitamini qalxanabənzər vəzinin sağlamlığını qoruyur.
Zəncəfil qalxanabənzər vəzinin xəstəliyi səmərəli şəkildə tənzimləməyə qadir olan mineral və maqneziumla zəngindir.
Darçın hipotireozun riskini azaltmağa qadir olan güclü anti-inflammator xüsusiyyətlərə malikdir.
Zəruri inqrediyentlər:
700-800 ml süzülmüş su
1 stəkan 100% quşüzümü şirəsi
1/4 stəkan yarım litr limon şirəsi
1/2 stəkan yarım litr portağal şirəsi
1 çay qaşığı üyüdülmüş zəncəfil tozu
1 çay qaşığı darçın
Bir-iki çimdik əzilmiş müşk qozu
Suyu qaynayana qədər qızdırın. Ədviyyatları əlavə edin və daha 5-7 dəqiqə qaynadın. Məhlul soyuduqdan sonra üzərinə quşüzümü, limon və portağal şirəsinə tökün. İçkini gün ərzində yemək arasında için!

Daha Çox Göstər

Bənzər Məqalələr

Close