Dünya

Bu ölkə NATO-ya üzv olmaq üçün adını dəyişir

Makedoniya NATO-ya üzv olmaq üçün ölkənin adının dəyişdirilməsinə razıdır. Regioninfo “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Zoran Zayev bildirib.

Zayev bəyan edib ki, ölkəsi Avropa İttifaqına (Aİ) inteqrasiyanı sürətləndirmək üçün Yunanıstanın təkid etdiyi Sabiq Yuqaslaviya Respublikası Makedoniya adı ilə Alyansa üzv olmağa hazırdır.

Qeyd edək ki, rəsmi Afina Yunanıstanın Makedoniya bölgəsi ilə səhv salınmaması üçün qonşu ölkənin adının dəyişdirilməsini tələb edir və rəsmi Skopyenin Avropa İttifaqı və NATO-ya üzv olmasını boykot edir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close