Bizdən - Sizə

Bir gündə nə qədər kalori qəbul etməliyik?

Kalori – orqanizmdə gedən bütün proseslər üçün əsas enerji mənbəyi sayılır. Onlar üç əsas növ qida maddələrindən əldə edilir: Zülal, yağ və karbohidratlar. Orqanizmə ziyan vurmamaq, normal bədən çəkisini saxlamaq üçün gündəlik kalori miqdarına nəzarət etmək vacibdir.
Artıq çәkinin әsas sәbәbi ehtiyacınız olandan artıq yemәkdir. Çox qida qәbulu ürәyә artıq yük verir, hәzm prosesi yavaşlayır vә bağırsaq sistemin şlaklanmasına gәtirib çıxarır. Günә nә qәdәr qida yeyilmәsini bilmәk üçün kalori normasını hesablamaq lazımdır.
Publika.az-ın sağlamlıq bölməsi bu yazıda kalorini düzgün hesablamaq və tez arıqlamaqdan bəhs edib.
Niyə kiməsə gündə 1500 kalori kifayət etdiyi halda, başqası 2000 kalori qəbul edir?
Gündəlik kalori normasının əsası hissəsi orqanizmdə daxili proseslərin dəstəklənməsinə sərf olunur. Məlumdur ki, orqanizm bədən dincələn zaman, məsələn, yuxu zamanı da, müəyyən miqdarda enerji yandırır. Axı orqan və sistemlərin fəaliyyəti bir an belə dayanmır, bədən qəfəsinin hər birində daim müxtəlif proseslər baş verir. Hətta gün ərzində qəbul etdiyimiz kalorinin 20 faizi beynin fəaliyyətinə sərf edilir.
Gündəlik kalori qəbulu nə qədər olmalıdır?
Bu sual pəhriz saxlayan, bədən formasına diqqət edən bir çoxlarını maraqlandırır. Kişi və qadınlarda gündəlik kalori qəbulu fərqlidir. Kalori qəbulu yaş, cins, həyat tərzi, xəstəlik, dərman qəbuluna görə dəyişir.
Bir qayda olaraq, qadınların gündəlik kalori qəbulu 1200-1500 kaloridir. Kişilərin gündəlik kalori qəbulu orta hesabla 2300-dür. Amma verilən rəqəmlər insandan asılı olaraq dəyişir.
Kalori qəbulu ətraf mühitin təsirindən asılı olaraq da dəyişir. Məsələn, soyuq, şaxtalı havada bədənin enerjisini artırmaq lazımdır, yaz və yayda isə bu tələbat azalır. Kalori normasını düstur yardımı ilә hesablamaq olar, orada yaş, cins, çәki vә boy nәzәrә alınır. Bu düsturun yardımı ilә siz әsas maddә mübadilәsinin (ӘMM) ölçüsünü hesablaya bilərsiniz.
Qadınlar üçün ƏMM hesablanma üsulu:
10 х çəki (kq) + 6,25 х boy (sm) – 5 х yaş (il) – 161.
Kişilərin üçün ƏMM hesablanma üsulu:
10 х çəki (kq) + 6,25 х boy (sm) – 5 х yaş (il) + 5.
Yaş illә, boy santimetirlә, çәki kiloqramla ölçülür. Әvvәl mötәrzәdә olanları vurun, sonra alınan rәqәmlәri üst-üstә gәlin. Nәticәdә, lazım olan gündәlik kalorini alacaqsız. Hesablanmış ӘMM ölçüsündә fiziki aktivliyinizin intensivliyi də nəzərə alınır. Aktivlik artarsa, kalori miqdarı da artmalıdır.
Orqanizmə xələl gətirməmək, piylənmədən əziyyət çəkməmək üçün kalori miqdarına mütləq nəzarət edin. Bu hesablama qarşıya qoyduğunuz məqsədlərə tez çatmağınıza yardım edəcək.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close