Kriminal

Bakıda gəlin maşını qəza törədib – Ölən var

Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

Regioninfo Report-a istinadən xəbər verir ki, Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub.

Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close