İdman

Bakı növbəti idman yarışına ev sahibliyi edəcək

İyulun 21-dən avqustun 4-dək Bakıda atıcılıq üzrə Avropa çempionatı və gələn il Buenos-Ayresdə keçiriləcək gənclərin Olimpiya Oyunlarının seçim turniri təşkil olunacaq. Turnir Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Federasiyadan verilən məlumata görə, Bakı Atıcılıq Kompleksində təşkil ediləcək yarışda 43-dən artıq ölkədən minə yaxın idmançı, ümumilikdə isə 1500 iştirakçı, eləcə də rəsmi qonaqlar iştırak edəcək. Onlar arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri olacaqlar. Atıcılar yarışda 79 dəst medal uğrunda mübarizə aparacaqlar.

Yarışın rəsmi açılış mərasimi iyulun 22-də keçiriləcək. Beynəlxalq Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək yarış dünya çempionatından sonra ən mühüm turnirlər sırasındadır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close