Sosial

Bakı metrosunun sabiq rəisi vəfat edib

Bakı Metropoliteninin keçmiş rəisi Vahid Nadirli vəfat edib.

V.Nadirli 1987-1993-cü illərdə quruma rəhbərlik edib.

Qeyd edək ki, Vahid Məmmədrza oğlu Nadirli 1946-cı ildə Bakıda anadan olub. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunu, sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirib.

V.Nadirli əmək fəaliyyətinə 1966-cı ildən Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlayıb. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974-1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə “Biləcəri” stansiyasının rəisi, 1980-1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 1993-cü il noyabrın 10-dan Azərbaycan Dəmiryolu idarəsinə rəhbərlik edib.

Vahid Məmmədrza oğlu Nadirli SSRİ yollar Nazirliyinin Xatirə qol saatı, “Fəxri dəmiryolçu” döş nişanı və “Şərəf nişanı” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close