Xəbər

Azərbaycanlı aktrisa erməni milyarderə ərə gedir

Rusiyada yaşayan Azərbaycan əsilli aktrisa Səbinə Əhmədova “Rosqosstrax” şirkətlər qrupunun prezidenti erməni milyarder Danil Xaçaturovla evlənir.
Kult.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
“Forbes”in açıqlamasına görə, Xaçaturovun sərvəti 2 milyard dollara çatır. 2008-ci ildə Ulyana Sergeyenko ilə ailə həyatı quran milyarder 2013-də həyat yoldaşından ayrılıb.
Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda anadan olub. Gələcək aktrisanın ailəsi 1990-cı ildə Moskvaya gedib. Heç vaxt ailə həyatı qurmayan Əhmədova hazırda rus film sənətinin ən çox tələbat olan aktyorlarındandır. Onun iştirak etdiyi filmlər rus efirlərində davamlı yayımlanır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close