İdman

Azərbaycanın növbəti qızıl medalı

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Leyla Qurbanova (53 kq) ilk görüşdə Türkiyə təmsilçisi Burcu Kevicini tam üstünlüklə məğlub edib. İkinci görüşdə qazaxıstanlı Aygül Nuralimi 6:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qadın güləşçilərimizin İslamiadada ilk qızıl medalına sahib olub.

Bununla da Azərbaycanın qadın güləşçiləri IV İslam Həmrəyliyi Oyunlarına qızıl medalla start veriblər.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close