İdman

Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi bağlanıb

Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi bağlanıb. Bunu Federasiyanın vitse-prezidenti Yaşar Məmmədov deyib.

O, federasiyanın prezidenti Nazim İbrahimovun 2 ildən çoxdur ki, maaşları verməməsinə görə, ofisi avqustun 1-dən bağlamalı olub.

Məmmədov qeyd edib ki, artıq onun öz cibindən federasiya işçilərinə və kommunal xərclərə verəcəyi pul yoxdur. Bu üzdən vitse-prezident bu üsula əl atıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan Nazim İbrahimovun isə Bakıda olmadığı deyilir. O, sentyabrın 1-dək məzuniyyət götürüb.

Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsindən isə deyiblər ki, sentyabradək səbir edin. Nazim İbrahimovla görüş olandan sonra, hər şeyə aydınlıq gələcəyi gözlənilir. “Ancaq əvvəllər də belə deyildiyini nəzərə alsaq, bu federasiyada “köhnə hamam, köhnə tas”ın davam edəcəyi gün kimi aydındır”, – Y.Məmmədov bildirib. (prosport.az)

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close