DCİYXəbərlər

Attestat imtahanında 2 qiyməti almış şəxslərə ali təhsil almaq imkanı

Ukraynanın Xarkov Maliyyə İnsititutu  “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyi ilə əməkşadlığa başlayıb.  Bu barədə “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin sədr müavini  Fidan Yusifli məlumat vermişdir.  Məlumata görə, Ukraynada təhsil almaq istəyən Azərbaycan vətəndaşları DCİY İB-yə müraciət edərək  sadəcə attestatla Xarkov Maliyyə İnsititutuna ( Beynəlxalq İqtisadi Münasibətlər, Mühasibat uçotu, Menecment, Bank işi və sığorta ixtisasları üzrə) qəbul olmaq şansından ən sərfləri şərtlərlə faydalana bilərlər.  Verilən təklifin əsas üstünlüyü isə bura təkcə qəbul imtahanından kəsilmiş abituriyentlər deyil, eyni zamanda  orta məktəblərin buraxılış imtahanlarında 2 qiyməti alan şəxslər də müraciət edə bilər.  Bakalavr təhsilinin əyani və qiyabi formaları mövcuddur. Daha ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına məktub yaza və ya +994 55 4260838 nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Onu da qeyd edək ki, Xarkov Maliyyə İnsititutu Dövlət təhsil müəssisələrinin 4 cü dərəcəli akkreditasiyası ilə 1943-cü ildə yaradılmışdır. Xarkov Maliyyə İnsititutu AE № 636126 saylı lisenziyaya malikdir. İnsititutun diplomları  rəsmi olaraq tanınır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close