Kriminal

Ana iki uşağını atıb qaz ustası ilə qaçdı – Ucarda

Ucar rayonunun Qaradağlı kəndində iki azyaşlı uşaq anası başqa bir kişiyə qoşulub qaçıb.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, onun kəndin yaxınlığında işləyən qaz kəmərində işləyən bir nəfərlə qaçdığı ehtimal edilir.
Belə ki, 3 gün əvvəl axşam saat 22-23 radələrində həyat yoldaşı onun evdə olmadığını görüblər. Ailə onu axtarsa da tapmayıb, sonra polisə məlumat verilib. Polisin axtarışları bir neçə gündə heç bir nəticə verməyib.
Kənd sakinləri deyir ki, qadının 8-9 yaşlarında iki azyaşlı uşağı var. Bir yaş fərqləri olsa da, eyni sinifdə oxuyurdular.
“Evlərinin yanından keçən qaz kəmərində təmir işləri aparılırdı. Qadınında da orada işləyən bir nəfərlə münasibətinin olduğu deyilir. Ehtimala görə, elə həmin adamla qaçıb. Çünki evdən qaçması üçün heç bir səbəb yox idi. Maddi vəziyyətləri normaldır. Əri traktor sürür, çalışqan oğlandır. Qaz kəməri evlərinin yaxınlığından keçir, bu yaxınlarda həmin xəttin çəkilişinə görə hətta onlara pul da vermişdilər”, – deyə sakinlər bildirir.
Onların sözlərinə görə, qadın əri və onun ailəsi ilə heç vaxt problemi olmayıb:
“Qayınatası ilə qızın anası qohumdur. Həm də qızı məcbur verməyiblər. 10 il olar ki, evləniblər. Bu vaxta qədər heç bir problemlərini eşitməmişik”, – deyə sakinlər qadının ailə münaqişəsi səbəbindən qaçmasını ehtimal etmirlər.
Qadının valideynlərinə də məlumat verilib. Onlar da qızlarının harada olması barədə məlumatsızdır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close