Sağlamlıq

Alimlər tənbəlliyin SİRRİNİ ÇÖZDÜ – Yüksək intellekt…

Yeni araşdırmalar ağıllı insanların aktiv həmkarlarından fərqli olaraq mənasız vaxt keçirmələri nəzəriyyəsini təsdiqlədi. İş burasındadır ki, yüksək IQ səviyyəli insanlar tez darıxır, nəticədə onlar öz fikirlərinə qapılırlar.
Aktiv insanlara çox fikirləşməyin və darıxmamağın əksinə olaraq şüurunu xarici fəaliyyətlə stimullaşdırmaq üçün daim nəsə etmək lazımdır.
Florida Universitetinin alimləri bir qrup tələbə ilə klassik test keçiriblər. İştirakçılara “Mənim xoşuma problemin yeni həllini tapmaq lazım olan tapşırıqlar gəlir” və ya “Mən lazım olduğu qədər düşünürəm” kimi iddialarla nə dərəcədə razı olduqlarını qiymətləndirməyi xahiş etdilər.
Sonra onlardan 30 “düşünən” və 30 “düşünməyən” seçildi. Növbəti 7 gün bu iki qrup insan aktivliyi izləmək üçün fitnes treker gəzdirdilər.
Nəticələr göstərdi ki, “düşünənlər” qrupu “düşünməyənlərdən” fərqli olaraq bu həftə ərzində aşağı fəallıq göstərdilər. Bununla belə ara günlər bunu hər kəsin işinin özəlliyi ilə izah etmək olardısa bazar günləri də eyni olurdu.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close