Ümumi

Ağaoğlu azərbaycanlı sevgilisi Nazdan ayrıldı – FOTO

Əli Ağaoğlunun qardaşı Hüseyn Ağaoğlu evlilik verilişində məşhurlaşan azərbaycanlı gəlin namizədi Naz Miladan ayrılıb.
Regioninfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə həftə əvvəl Nazla birlikdə şəkilləri yayılan H.Ağaoğlu dünən lüks yaxtada başqa qızlarla görüntülənib. Milyarderin qardaşının bu dəfə psixoloq Senem Kaanla sevgili olduğu iddia edilib.
Yaxtasına çoxlu qadınlar gətirən Hüseyn Ağaoğlu rahat davranışları ilə diqqət çəkib. Kameralara əl yelləyən Ağaoğlu kapitana “Gəzdir bizi” deyərək sahildən uzaqlaşıb.
Bundan başqa Naz Milanın “Zuhal Topalla” verilişində bir gün nişanlı qaldığı Baha adlı türk vətəndaşı ilə barışdığı məlum olub. Onların sosial şəbəkədə birlikdə fotoları yayılıb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close