Dünya

ABŞ səfiri Rusiya XİN-in xəbərdarlığına etiraz etdi

ABŞ-ın Rusiyadakı səfiri Con Tefft Rusiya XİN-in amerikalı diplomatlarla bağlı cavab tədbirlərinə protest verib. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidmətinin rəhbəri Mariya Olson bildirib.

“Biz Rusiya rəhbərliyi tərəfindən xəbərdarlıq aldıq. Səfir Tefft dərin məyusluq hissi keçirib və etiraz edib”, – deyə Olson vurğulayıb.

O, əlavə edib ki, xəbərdarlıq tanış olmaları üçün Vaşinqtona göndərilib.

Qeyd edək ki, daha əvvəl Rəsmi Moskva ölkədəki Amerika diplomatlarının ümumi sayını 455 nəfərə qədər azaltmağı təklif edir.

Rusiya XİN-in bəyanatında qeyd olunur ki, ABŞ Senatı tərəfindən Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanunun qəbul edilməsi ilə bağlıdır.

“ABŞ-da bizim diplomatların sayının azaldılması üzrə ABŞ hakimiyyətinin yeni birtərəfli hərəkətlərinə güzgülü cavab verəcəyik”, – Rusiya XİN bildirib.

Bundan əlavə, Rusiya avqustun 1-dən ABŞ-ın bu ölkədəki səfirliyi tərəfindən Moskvanın Dorojnaya küçəsi və Serebryanıy Borda bütün anbarların istifadəsini dayandırır.

“Qarşılıqlı qaydada ABŞ-ın maraqlarına toxuna bilən digər tədbirlərin həyata keçirilməsi hüququnu özümüzdə saxlayırıq”, – Rusiya XİN-in bəyanatında vurğulanır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close