Xəbər

70 elmi publikasiyanın müəllifi olan Sakin Cabbarov kimdir?

Dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsili daimi inkişaf etdirməkdir. Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə elmə xüsusi diqqət və qayğı göstərir. Bu gün elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, dövlət başçımızın onlara dəstəyi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarların qəbul olunması buna bariz nümunədir.
Dövlətimizdə həyata keçirilən əsas islahatlarından biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi kimi mühüm. tədbirlərin həyata keçirilməsi gəncliyə və gənc alimlərə diqqətinin parlaq nümunəsidir. Ölkəmizdə gənclər forumları keçirilir, Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində təhsil alır, aparıcı elmi müəssisələrdə təcrübə proqramlarında iştirak edirlər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda magistratura və doktorantura pilləsində təhsil alan gənclərimizin elmi fəaliyyətinin təşkili istiqamətində İnstitutun rəhbərliyi tərəfindən hərtərfli şərait yaradılır. Onlar xarici ölkələrə yay məktəblərinə, beynəlxalq konfranslara, seminarlara göndərilir. Elmimizin gələcəyi olan gənc kadrların hazırlanması istiqamətində mühüm tədbirlər görülür.
Azərbaycan elmini dünyada tanıtmağa çalışan gənc alimlərimizdən biri də Sakin Cabarovdur. Sakin Cabarov 2005-ci ildən AMEA Fizika İnstitutunun “Qeyri-standart nəzarət və diaqnostika” laboratoriyasında işləyir. 2009-2012-ci illərdə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə AMEA Fizika İnstitutunun doktoranturasına daxil olmuş və 24 oktyabr 2012-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. O, 2010-2014-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) (Dubna, Rusiya) “Neytron fizikası” laboratoriyasında kiçik elmi işçi, elmi işçi, 2014-2015-ci illərdə Bayroyt Universitetinin (Bayroyt, Almaniya) Bavaria Geo İnstitutunun doktoru kimi çalışmışdır. Sakin Cabarov uğurlu elmi fəaliyyətinə görə 2011-ci ildə AMEA Fizika İnstitutunun gənclər mukafatına, 2013, 2015-ci ildə Rusiya Fundamental Tədqiqatlar Fondunun gənc alimlər üçün ayrılmış qrant layihəsi və 2014-cü ildə İslam İnkişaf Bankının gənc tədqiqatçılar üçün ayrılmış təqaüdünə layiq görülmüşdür.
Sakin Cabarov 70 elmi publikasiyanın müəllifidir. Bu publikasiyalardan 38-i elmi məqalədir, 32-i isə respublika və beynəlxalq səviyyəli konfransların tezisləridir. Xaricdə dərc edilən 6 məqalə elmi ictimaiyyət tərəfindən birmənalı şəkildə nüfuzlu hesab edilən A seriya jurnallarda çap olunmuşdur.
S.Cabarovun aşağıda qeyd edilən 10 məqaləsi 2017-ci ildən iyul ayına qədər yüksək impakfaktorlu jurnallarda çap olunmuşdur.
1. S.H. Jabarov, A.I. Mammadov, A.V. Trukhanov. Structural phase transition in BaTiO3 at a constant volume under conditions of thermobaric effects. Journal of Surface Investigation: X-ray, Synchrotron and Neutron Techniques. 2017. 11. 1. P.223-225.

2. A.V. Trukhanov, V.G. Kostishyn, L.V. Panina, S.H. Jabarov, V.V. Korovushkin, S.V. Trukhanov, E.L. Trukhanova. Magnetic properties and Mössbauer study of gallium doped M-type barium hexaferrites. Ceramics International. 2017. 43. 15. P.11814.

3. N.A. Ismayilova, S.H. Jabarov. First-principles study of the electronic structure and DOS spectrum of TlGaSe2. Optoelectronics and Advanced Materials – Rapid Communications. 2017. 11. 5-6. P. 353-356.

4. N.A. Ismayilova, G.S. Orudzhev, S.H. Jabarov. First-principle calculation of the electronic structure, DOS and effective mass TlInSe2. Modern Physics Letters B. 2017. 31. 14. P.1750155.

5. N.A. Ismayilova, H.S. Orudjev, S.H. Jabarov. Ab initio calculations of the electron spectrum and density of states of TlFeS2 and TlFeSe2 crystals. Semiconductors. 2017. 51. 4. P.473-476.

6. N.T. Dang, D.P. Kozlenko, S.E. Kichanov, S.G. Jabarov, A.I. Mammadov, R.Z. Mekhtieva, T.L. Phan, V.G. Smotrakov, V.V. Eremkin, B.N. Savenko. Revealing the formation mechanism and effect of pressure on the magnetic order of multiferroic BiMn2O5 through neutron powder diffraction. Journal of Electronic Materials. 2017. 46. 6. P.3373-3380.

7. D.P. Kozlenko, N.T. Dang, T.L. Phan, S.E. Kichanov, L.H. Khiem, S.G. Jabarov, T.A. Tran, T.V. Manh, A.T. Le, T.K. Nguyen, B.N. Savenko. The structural, magnetic and vibrational properties of Ti-doped BaMnO3. Journal of Alloys and Compounds. 2017. 695. P.2539-2548.

8. Y.I. Aliyev, A.G. Babaev, Y.G. Asadov, G.F. Ganizade, R.D. Aliyeva, S.H. Jabarov, A.V. Trukhanov. Temperature – induced structural phase transformations in Cu1.50Zn0.30Te and Cu1.75Cd0.05Te single crystals. Crystallography Reports. 2017. 62. 4. P.633-640.

9. Y.G. Asadov, Y.I. Aliyev, A.G. Babaev, G.F. Ganizade, R.D. Aliyeva, S.H. Jabarov, A.V. Trukhanov. Influence of cation substitution on the polymorphic transformation in Ag2-хCuхS (х = 0.45, 0.8, and 1.07) crystals. Crystallography Reports. 2017. 62. 4. P.641-645.

10. Y.I. Aliyev, Y.G. Asadov, R.D. Aliyeva, S.H. Jabarov. Polymorphic transformations and thermal expansion in AgCuSe0.5(S,Te)0.5 crystals. Semiconductors. 2017. 51. 6. P.732-739.
Regioninfo-nun verdiyi məlumata görə, o, hazırda AMEA Fizika İnstitutunun “Qeyri-standart nəzarət və diaqnostika” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır və elmi tədqiqatlarını BNTİ-nin “Neytron fizikası” laboratoriyasında davam etdirir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close