Qadın

40 yaşdan sonra İKİNCİ EŞQ: aşiq olmağın yolları

40 yaşından sonra qadınlar bəzən elə düşünür ki, şəxsi həyat üzərindən xətt çəkmək olar. Bir tərəfdən məişət problemləri, digər tərəfdən isə övlad və nəvə qayğısı qadınlara özünə baxmağa əngəl yaradır. Bir müddət keçir və tənha qadınlar ailə xoşbəxtliyi. həmçinin yenidən evlənmək haqqında düçünməyi tamamilə unudurlar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə bir çoxları ailə səadətini 40 yaşdan sonra tapır. 40 yaşını haqlamış tənha qadınlara öz ikinci yarını tapmağa kömək edən məsləhətləri təqdim edirik:
Ağ atlı şahzadə gözləməyə dəyməz
Ətrafınızda olan kişilərə diqqət edin, ola bilsin ki, artıq onların arasında layiqli namizədlər var. Bu həmkar, yaxınlarınızın dostları və ya sadəcə sənin həyatında çox illər sonra qəfildən peyda olan tanışın ola bilər.
Qarşı cinsə hörmət etdiyinizi mütləq göstərin
Ailə qədimdən bəri bir əsas müdriklik üzərində qurulub. Qadın həmişə öz ərinə hörmət etməlidir, eyniylə də kişi. Həyat yoldaşınızda tərifə layiq olan müsbət keyfiyyətləri tapın və bu barədə özünə də bildirin. Demək olar ki, hər bir kişini qəhrəman etmək olar. Odur ki, hər gün onun müsbət tərəflərini qeyd etmək şansını əldən verməyin.
Depressiyaya düşüb evə qapılmayın
Özünü cəmiyyətdən təcrid etmək ideyası uğurlu deyil. Bu, sizə faydalı heç nə gətirməyəcək. Əgər sizin şəxsi həyatınızda işlər yolunda deyilsə və özünü müdaifə istəyi yaranıbsa, tez-tez müxtəlif yerlərə gedin, yeni insanlarla tanış olun. Ünsiyyət dairəsini maksimum dərəcədə genişləndirmək lazımdır.
Baxımlı olun
Koko Şanel deyirdi: “Təəssüf ki, bütün qadınlar gözəl doğulmur. Əgər o, 30 yaşına kimi gözəl görünməyi bacarmayıbsa, sadəcə olaraq axmaqdır! 50 yaşdan sonra heç kim gənc deyil. Amma mən 30 yaşında yorğun və solğun görünən, 50 yaşında isə cəlbediciliyini qoruyan qadınlara rast gəlmişəm. 20 yaşında qadın ona təbiətin veridyi gözəlliyi yaşayır, 50 yaşında necə olacağı özündən asılır”.
Kiminsə uydurduğu gözəllik standartlarını təqib etmək olmaz, öz məziyyətlərini məharətlə vurğulamaq kifayətdir: münasib geyim, düzgün makiyaj, ən əsası isə, əhval-ruhiyyəninizi daim yüksək saxlmağa çalışın.
Küçəyə heç bir kişinin sizə layiq olmadığı qənaətiylə çıxmayın. Mərhəmətli olun və tez-tez gülümsəyin. Yaxşı insan özünü sənə maqnit kimi çəkir.
Kişi maraqlarını öyrənin
Yetkin yaşlı kişilər təkcə gözəlliklə kifayətlənmir, həm də ağıllı qadınlara maraq göstərirlər. Əgər qarşı tərəf onun məşğuliyyət və hobbiləri barədə maraqlandığınızı bilsə, bu, sizə onun gözündə hörmət qazanmağa kömək edəcək.
Çox oxuyun və ən son hadisələrdən xəbərlər olun
Yalnız ev qayğılarıyla özünü məhdudlaşdırmaq lazım deyil. Ətalət romantikanı öldürür! Sevdiyiniz şəxslə maraqlı hadisələr və yenilikləri hər gün müzakirə etməyə çalışın.
İkinci plana çəkilməyə hazır olun
Uzun tənhalıqdan sonra yetkin yaşlı qadınlar ev qayğılarının bütün yükünü öz üzərinə götürməyi öyrəşir. Layiqli kişiylə ailə qurduqdan sonra bu məsələləri aranızda bölüşün.
Sevdiyiniz kişiyənin köməyinə ehtiyac duyduğunuzu ona hiss etdirin. Hətta adi konserv bankası açmaq üçün ondan yardım istəməyə utanmayın. Bununla o, başa düşəcək ki, o, sizin həyatınızda əvəzolunmazdır.
Bu məsləhətlər təkcə ikinci yarının axtarışında olan qadınlar üçün aktual deyil. Ailədə münasibətləri düzəltmək istəyən qadınlar da yuxarıda sadalanan məsləhətlərdən cəsarətlə istifadə edə bilərlər.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close