Kriminal

3 uşaq atası namus üstündə amansızlıqla qətlə yetirildi – Bülbülədə

Suraxanı rayonunda baş verən qətlin üstü açılması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Regioninfo “Qafqazinfo”ya istinadən bildirir ki, iyulun 16-da saat 11 radələrində paytaxtın Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Ağammədov Vasif Şirməmməd oğlunun aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna daxil olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Cinayətin Suraxanı rayon sakini, 1995-ci il təvəllüdlü Əbdülməmmədov Xalid Hacıməmməd oğlu tərəfindən qısqanclıq zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Bakıda törədilmiş qətlin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Nurməmmədov Vasif Şirməmməd oğlunun 22 yaşlı Əbdülməmmədov Xalid Hacıməmməd oğlu tərəfindən qətlə yetirilməsi üzə çıxıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X.Əbdülməmmədov tutulub.

Araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən Vasif Nurməmmədov ailəli, 3 uşaq atasıdır. O, əslən Sabirabad rayonundandır.

Hadisəni törədən 22 yaşlı Xalid Əbdülməmmədov bildirib ki, qətli qısqanclıq zəminində törədib. Məlum olub ki, bir müddət əvvəl Vasif Sabirabadda toyda iştirak edəndən sonra Xalidin qardaşının həyat yoldaşının da olduğu avtomobillə Bakıya gəlib. Yolda Vasif Xalidin qardaşı arvadı ilə münasibət qurmağa, onunla söhbət etməyə, tanış olmağa çalışıb. Bu məsələ Xalidin qulağına çatan kimi o, Vasifi öldürmək qərarına gəlib və Bülbüləyə gələrək onun evini tapıb. Vasif qapının qarşısına çıxan kimi 22 yaşlı gənc onu bıçaqlayaraq qaçıb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close