Dünya

3 min yezidi qadın hər gün təcavüzə məruz qalır

İraqda mindən çox yezidi kişi itkin düşüb. 3 mindən çox qadın isə İŞİD terrorçuları tərəfindən hər gün təcavüzə və işgəncələrə məruz qalır.

Regioninfo xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi komissiyası məlumat yayıb.

Qeyd edilib ki, 3 il əvvəl İraq Kürdüstanının Sincar əyalətinə hücum edən İŞİD yaraqlıları orada yüzlərlə kişini edam edib, qadınları isə əsir götürüblər.

Əsir qadınlar pullar satılıb və seksual köləyə çevrilib. Terrorçular əsir götürdükləri uşaqları isə ideoloji hazırlığa cəlb edərək onlardan kamikadzelər yetişdirirlər.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close