Sosial

29 qadın məişət zorakılığının qurbanı olub

2016-cı ildə Azərbaycanda məişət zorakılığı cinayətlərinin nəticəsində 1031 nəfər zərər çəkib. Onların 807 nəfəri qadın olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, məişət zorakılığı cinayətləri nəticəsində 51 nəfər ölüb ki, bunun da 29 nəfəri qadın olub. Qadınların 1-i 18 yaşadək, 1-i isə hamilə olub.
Qəsdən adam öldürmə nəticəsində 55 nəfər zərər çəkib ki, bunun 33 nəfəri qadın olub. Ölən 46 nəfərdən isə 26-ı qadın olub.

Ötən il qəsdən sağlamlığa zərər vurmadan 33 nəfər zərər çəkib ki, onların 14-ü qadın olub. Ölən 3 nəfərdən isə 1-I qadın olub.
Qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti nəticəsində zərərçəkən 77 nəfərin 57-si, qəsdən sağlamlığa yüngül zərər vurma cinayətindən zərərçəkən 812 nəfərin 660-ı (onların 1 nəfəri yaşı 18-dək olan qız olub) qadın olub.

Ötən il qəsdən adam öldürmə cinayətindən zərərçəkən 55 nəfərin 33-ü, adam öldürməyə cəhd cinayətindən zərərçəkən 22 nəfərin 18-i, adam öldürmə həddinə çatdırma halında isə zərərçəkənlərin 3-ü də qadın olub.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close