Region

28 ölkə Rusiyaya qarşı birləşdi

Avropa İttifaqı (Aİ) bu gün Almaniyanın “Siemens” konserni ətrafında baş verən qalmaqalla əlaqədar Rusiya əleyhinə sanksiyaların genişləndirilməsi məsələsini nəzərdən keçirəcək.

Bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, iyulun 26-da baş tutan görüş zamanı birliyə üzv 28 ölkənin səfirləri Rusiya əleyhinə sanksiyaların genişləndirilməsini dəstəkləyib. Əgər bu baş tutsa, dörd Rusiya vətəndaşı, həmçinin “Siemens” şirkətinin turbinlərini Krıma aparan üç şirkətə qarşı sanksiya tətbiq olunacaq.

“Reuters” yazır ki, sanksiyaların tətbiq olunması təşəbbüsünü Almaniya irəli sürüb.

Açar Sözlər
Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close