Biləsuvarda yol nəqliyyat hadisəsi baş verib, ölən var – VİDEO

Biləsuvarda baş verən qəzada yaralanan şəxs xəstəxanada ölüb.

Regioninfo-nun məlumatına görə, hadisə Biləsuvar rayonunda qeydə alınıb. “VAZ” markalı avtomoillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücülərdən biri, 1989-cu il təvəllüdlü Rafiq Rəfail oğlu Əhmədov Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Səhər saatlarında həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı