Cəlilabadda bir sıra sahələrdə artım olub.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2023-cü ilə nisbətən 11872,2 min manat artaraq 686086,6 min manat təşkil etmişdir.
2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin ümumi həcminin 346795,0 min manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 339291,6 min manatını isə qeyri-ərzaq malları təşkil etmişdir. 2023-cü illə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı 0,6 faiz artmış, qeyri-ərzaq mallarının satışı isə eyni səviyyədə olmuşdur.
2024-cü ildə 2023-cü illə müqayisədə bazar və yarmarkalarda, həmçinin hüquqi şəxslərin şəbəkələrində istehlak mallarının satışında artım, hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların ticarət şəbəkələrindəki satışlarda isə azalma müşahidə olunmuşdur.
Hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində dövlət mülkiyyətinin payı 56,4 min manat və ya 0,01 faiz, qeyri-dövlət mülkiyyətinin xüsusi çəkisi isə 686030,2 min manat və ya 99,99 faiz təşkil etmişdir.
Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində 55644,8 min manatlıq qalıq qalmışdır.
Hesabat dövründə topdansatış ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 43,0 faiz azalaraq 43102,5 min manat olmuşdur.
Həmçinin 2024-cü ildə sənaye sahəsində 17 müəssisə və seçməyə düşmüş 41 fərdi sahibkar fəaliyyət göstərmişdir. Hesabat dövründə sənaye mallarının istehsalı və xidmətlərin göstərilməsi 83711,4 min manat təşkil etmiş və ötən illə müqayisədə 11,4 faiz çox olmuşdur.
Hesabat dövründə natura ifadəsində 1341,6 ton meyvə-tərəvəz konservləri, 70,56 ton qaymaq və xama, 241,53 ton kərə yağı, 381,6 ton pendir və kəsmik, 462,21 ton unlu qənnadı məmulatları, 941 ədəd üst geyim, 1083,12 ton emal edilmiş mərmər, 1930 ədəd mebel istehsal olunmuşdur.
2025-ci ilin yanvar ayının birinə sənaye müəssislərinin anbarlarında 202,0 min manatlıq hazır məhsul qalığı qalmışdır.