İmişlidə orta aylıq nominal əməkhaqqı artıb.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin
məlumatlara əsasən 10934 nəfər olmuş, onlardan 6026 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 4908 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 20,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 25,7 faizi təhsil, 24,3 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,3 faizi tikinti, 5,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,3 faizi
peşə, elmi və texniki fəaliyyət, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,7 faizi maliyyə və sığorta fəaliyyəti, 4,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2024-cü ilin ilkin məlumatlarına əsasən rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 5,7 faiz artaraq 669,4 manat təşkil etmişdir.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və icbari sosial təminat, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.