Cəlilabadda bir sıra sahələrdə artım olub.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2024-cü ildə informasiya və rabitə xidmətlərin həcmi 2955,5 min manat və ya 2023-cü illə müqayisədə 100,8 faiz çox olmuşdur.
Hesabat dövründə sabit şəbəkə telefonlarının sayı 12231 ədəd olmuşdur.
Həmçinin 2024-cü ildə yük və sərnişin daşınması xidməti sahəsində 3 müəssisə və seçməyə düşmüş 4 fərdi sahibkar fəaliyyət göstərmişdir. Hesabat dövründə avtomobil nəqliyyatı ilə 940,0 min ton yük, 13315 min sərnişin daşınmışdır. 2023-cü illə müqayisədə yük daşınması 5,7 faiz, sərnişin daşınması isə 7,0 faiz artmışdır.
2024-cü ildə nəqliyyat sektorunda məhsul buraxılışı 11851,8 min manat və ya 2023-cü illə müqayisədə 23,0 faiz çox olmuşdur.