Cəlilabadda bir sıra sahələrdə artım olub

Cəlilabadda bir sıra sahələrdə artım olub.

Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2024-cü ildə əhaliyə 107788,8 min manatlıq və ya 2023-cü ilə nisbətən 9100,0 min manat və ya müqayisəli qiymətlərlə 5,0 faiz çox ödənişli xidmətlər göstərilmişdir.

2024-cü ildə əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 13182,2 min manat təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 883,7 min manat və ya müqayisəli qiymətlərlə 4,2 faiz çox olmuşdur.

Hesabat dövründə hüquqi şəxslər üzrə ödənişli xidmətlər 4,2 faiz, məişət xidmətləri 4,0 faiz, fiziki şəxslər üzrə ödənişli xidmətlər 5,2 faiz, məişət xidmətləri isə 4,2 faiz artmışdır.

Ümumi dövriyyənin 12010,3 min manatını və ya 11,1 faizini dövlət mülkiyyəti təşkil etmişdir.

Həmçinin 2024-cü ildə iaşə dövriyyəsinin həcmi 12716,6 min manat təşkil etmişdir ki, bu da 2023-cü ilə nisbətən 1495,2 min manat və ya 10,3 faiz çox olmuşdur.

Ümumi iaşə dövriyyəsinin 2040,2 min manatı hüquqi şəxslərin, 10676,4 min manatı isə fiziki şəxslərin payına düşmüşdür. Hüquqi şəxslər üzrə iaşə dövriyyəsi 10,0 faiz, fiziki şəxslər üzrə isə 10,4 faiz artmışdır.

Ümumi dövriyyənin 2,1 min manatını və ya 0,02 faizini dövlət mülkiyyəti təşkil etmişdir.

Paylaş:
Yuxarı