“Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi çərçivəsində bütün tədbirlər uğurla yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi çərçivəsində sonuncu sessiyalar uğurla yekunlaşıb. Layihə icra planına uyğun olaraq 04.02.2025 tarixində Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbdə məktəb rəhbərliyi, layihə rəhbəri, layihənin təlimçisi, layihənin eksperti, layihənin mühasibi, məktəb müəllimləri və bir qrup şagirdlərin iştirakı ilə layihənin bağlanış tədbiri həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin rəhbəri , Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbin müəllimi Dünya Veysəlova layihənin icra planına uyğun olaraq həyata keçirilən tədbirlər haqda təqdimatla çıxış edib. Qeyd olunub ki, məqsədi Lənkəran rayonun məktəbliləri arasında ekoloji maarifləndirmə və mövzu üzrə divar-rəsm müsabiqəsi tədbirlərini təşkil etməklə onlarda yaşıl dünya naminə fəaliyyətləri formalaşdırmaq, inkişaf etdirməkdən ibarət olan layihə öz məqsədinə uğurla çatmışdır. Belə ki layihə icra planına uyğun olaraq adları aşağıda qeyd olunan Lənkəran rayonunun ümumtəhsil müəssisələrində “Yaşıl dünya” mövzusunda maarifləndirici təlim sessiyaları və divar-rəsm çəkilişi sessiyaları yüksək səviyyədə təşkil olunub:
1- 02.12.2024 tarixində Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbində;
2- 05.12.2024 tarixində Lənkəran rayonu Tütəpeştə kənd Ə.Nəsirov adına ümumi orta məktəbdə;
3- 10.12.2024 tarixində Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbdə;
4- 19.12.2024 tarixində Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbdə;
5- 24.12.2024 tarixində Lənkəran rayon M.Fərzullayev adına Mamusta kənd tam orta məktəbdə;
6- 26.12.2024 tarixində Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli məktəb-liseyində;
7- 07.01.2025 tarixində Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbdə;
8- 09.01.2025 tarixində Lənkəran rayonu Vilvan kənd Ə.Hüseynov adına tam orta məktəbində;
9- 14.01.2025 tarixində Lənkəran şəhər A.Babayev adına 8 nömrəli tam orta məktəbdə;
10- 16.01.2025 tarixində Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə;
11- 21.01.2025 tarixində Lənkəran rayonu M.Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbdə;
12- 23.01.2025 tarixində Lənkəran rayonu M.Həmzəyev adına Səpnəkəran kənd tam orta məktəbdə;
13- 28.01.2025 tarixində Lənkəran rayonu V.Süleymanov adına Türkəkəran kənd ümumi məktəbdə;
14- 30.01.2025 tarixində Lənkəran rayon C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbdə;
15- 04.02.2025 tarixində Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbdə;
Adları qeyd olunan hər bir ümumtəhsil müəssisəsində beynəlxalq sertifikatlı təlimçi, təhsil layihələri üzrə mütəxəssis Samir Salayevin təqdimatında Ekoloji sistemdə baş verən dəyişiliklərin idarə olunması, ətraf mühiti qorumaq, alternativ enerji resurlarından istifadədə ölkəmizin potensialı, Yaşıl dünya naminə həmrəy fəaliyyətlərin istiqamətləri və mötəbər COP29 tədbirinin bütün dünya üçün əhəmiyyəti haqqında məlumatlar təqdim olunub. Həmçinin iştirakçılara layihə çərçivəsində hazırlanan maarifləndirici bukletlər təqdim olunub. Təlim sessiyalarından sonra iştirakçı məktəblilər məktəblərinin layihə üçün müəyyən olunan divarlarında Yaşıl dünya ilə bağlı düşüncələrini əks etdirən rəsmlər çəkmişlər. Fəaliyyətlərdə iştirak edən məktəblilər fəallıqlarına görə layihənin xüsusi sertifikatları ilə təltif olunmuşdur. Toplamda 15 ümumtəhsil müəssisəsində 300 nəfərdən çox məktəbli layihədən bilavasitə faydalanmışdır. Layihə komandası yüksək səviyyədə fəaliyyət göstərmişdir. Layihənin mətbuat xidməti tədbirlər boyunca 19 Press-relizin hazırlanıb yayımlanmasını uğurla təşkil etmişdir. Layihə rəhbəri çıxışında yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə öz adından və məktəblilər adından təşəkkürünü ifadə edib.
Sonra söz çıxışçılara verilmişdir. Məktəbin direktoru Gülşən Axundzadə layihə komandasının üzvlərini uğurlu iş münasibəti ilə təbrik edib. Layihə rəhbərinin işlərin icrası ilə bağlı geniş təqdimatını yüksək qiymətləndirərək məktəb kollektivi adından gənc müəllimlərin belə təşəbbüslərini dəstəklədiyi üçün Elm və Təhsil Nazirliyinə təşəkkürünü bildirib.
Layihənin təlimçisi Samir Salayev öz çıxışında qısa zamanda 15 ümumtəhsil müəssisəsində hər bir tədbirin yüksək səviyyədə təşkilində layihə komandasının böyük zəhmətini xüsusilə qeyd edərək uğurlu işə görə layihə komandasının hər bir üzvünü təbrik edib. Layihənin əsas mövzu istiqamətlərinin vacibliyi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Məktəbin məktəbdənkənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçısı Nailə Əsgərova, məktəbin psixoloqu Leyla Zamanova, məktəbin müəllimi Niyazi İbadov öz çıxışlarında layihə və onun icrası haqqında müsbət fikirlərini ifadə edərək belə layihələrin məktəblilərin dünyagörüşlərini artırdığını, məktəbin təhsil uğurlarına da müsbət təsir etdiyini qeyd ediblər. Layihə rəhbərinə və layihə komandasına uğurlu fəaliyyətlərinə görə təbriklərini ifadə ediblər.
Qeyd edək ki, “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi 15.10.2024-15.02.2025-ci il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihə çərçivəsində 15 ümumtəhsil müəssisəsindən seçilən 300 nəfər məktəblinin ekoloji savadlılığının artırılması həyata keçirilib.

“Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin mətbuat xidməti

Paylaş: