Cəlilabadda zəncirvari yol qəzası olub, xəsarət alan var – VİDEO

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Regioninfo-nun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 147-ci km-də, rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.

Belə ki, əvvəlcə Seymur Əmirovun idarəetdiyi “VAZ 2107” markalı minik avtomobili Azər Süleymanovun idarəetdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Daha sonra “Mercedes” yolun kənarında dayanan “Qazel” markalı sərnişin mikroavtobusuna çırpılıb. Qəza nəticəsində sürücülərdən biri S. Əmirov müxtəlif bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: