Region

2025-ci ilə qədər… – Moskvadan İrəvana ZƏRBƏ

Sanksiyalar əsasən erməni konyakının ucuz seqmentinə təsir edəcək.

Rusiya erməni konyakı ilə bağlı tələbləri sərtləşdirmək niyyətindədir.
Bu haqda vestikavkaza.ru saytı yazıb.
Məlumata görə, “Rospotrebnadzor” (İstehlakçıların hüquqlarının və insanların rifahının müdafiəsi üzrə Federal Nəzarət Xidməti) ölkəyə daxil edilən konyakın yoxlamalarına başlamağı planlaşdırır.
Sanksiyalar əsasən erməni konyakının ucuz seqmentinə təsir edəcək. Məqsəd bazarın həm saxta məhsullardan təmizlənməsi, həm də Rusiya konyakının satışı üçün imkanların genişləndirilməsidir.
Rusiya 2025-ci ilə kimi spirtli içkilər, həmçinin konyak və şərabların şəxsi istehsalatına keçid siyasətini həyata keçirir.
Ermənistan Milli Şərab Mərkəzinin məlumatına görə, bütovlükdə erməni konyakları Rusiya konyak bazarının üçdə birini tutur.
Rusiyanın açıqladığı məlumatlar isə bir qədər fərqlənir. Məlumata görə, 2014-cü ildə üç ölkədən –Ermənistan, FransaGürcüstandan 25 milyon litr konyak idxal edilib. Bunun təxminən 10 milyonu Ermənistanın payına düşür.

Açar Sözlər
Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close