Astarada 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Astarada kənd sakinini elektrik cərəyanı vurub.

Regioninfo-nun məlumatına görə, hadisə günorta saatlarında Astara rayonunun Kijəbə kəndi ərazisində baş verib.

Belə ki, Astara rayonunun Kijəbə kənd sakini, 1977-ci il təvəllüdlü Maarif Akif oğlu Ramazanov Lovain su anbarında balıq tutmaq üçün qırmaq atıb. Onun atdığı qırmaq ərazidən keçən yüksək gərginlikli elektrik xəttlərinə toxunub və o, cərəyanvurmadan hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: