Cəlilabad Rayon İcra Hakimiyyəti qəza ilə bağlı açıqlama yayıb

Cəlilabad Rayon İcra Hakimiyyəti qəza ilə bağlı açıqlama yayıb.
Məlumat üçün bildiririk ki, 17 noyabr 2024-cü il tarixdə saat 19:00 radələrində Balakən rayon sakini, Şəkəliyev Məhəmmədkamil Murtuzəli oğlu idarə etdiyi “166” evakutor xidmətinə məxsus olan “MAN” markalı yük avtomobilini Cəlilabad şəhər Heydər Əliyev prospektində piyadaların keçidi üçün nəzərdə tutulmuş yer üstü piyada keçidinə çırpmış, hadisə nəticəsində piyada keçidi uçmuş və 1 ədəd işıq dirəyi yararsız hala düşmüşdür.
Həmçinin bildiririk ki, piyada keçidində qarşı və əks tərəfdən led işıqlandırma sistemi mövcud olmuşdur, hündürlüyü isə standartlara uyğun olmağına baxmayaraq yüksək sürətlə hərəkət edən iri tonnajlı nəqliyyat vasitəsinin üzərindəki yükün qabarit ölçüsü daha hündür olduğu üçün yerüstü piyada keçidinə dəyərək keçidi uçurmuşdur.
Paylaş: