Salyanda “Riyaziyyat dərsinin şagirdlərin mənimsəmə tempinə uyğun öyrənilmə imkanı” layihəsinin açılış mərasimi baş tutub

Salyan rayonunda “Riyaziyyat dərsinin şagirdlərin mənimsəmə tempinə uyğun öyrənilmə imkanı” layihəsinin açılış mərasimi baş tutub.

Açılış mərasimi Salyan rayonu Aşağı Kürkənd kənd A. Əliyev adına tam orta məktəbdə keçirilib.

Mərasimində layihə rəhbəri, məktəb direktoru, işçi heyət, müəllimlər və şagirdlər iştirak edib.

Çıxış edən layihə rəhbəri bilidirib edib ki, layihənin məqsədi Khan Academy platformasında yerləşən 6-cı sinif riyaziyyat fənni materiallarının orta məktəb tədrisinə adaptasiya edilməsi və ondan istifadə etməklə dərslərin təşkil edilməsi ilə şagirdlərin riyaziyyat və rəqəmsal biliklərini təkmilləşdirmək, fərdi və əyləncəli öyrənməni təşviq etmək eyni zamanda müəllimlərin sinifdə şagirdlərə fərdi yanaşmanı tətbiq etmələri üçün imkanlar yaratmaqdır

Qeyd olunub ki, layihə çərçivəsində 6-cı sinif riyaziyyat fənni üzrə “Mastery Class” yanaşması ilə Khan Academy kurrikulumunun hazırlanacaq, müəllimlərə Khan Academy platformasından istifadə ilə əlaqəli təlimlər keçirililəcək, təlimatlandırıcı video çarxlar hazırlanacaq, praktik olaraq sinifdə fərdi yanaşmanın tətbiq olunması və Khan Academy ilə 6-cı sinif riyaziyyat fənni üzrə dərslər təşkil olunacaqdır.

Digər çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.

Paylaş: