Biləsuvarda “Marş irəli” layihəsinin açılış mərasimi keçirilib

Biləsuvar rayonunda “Marş irəli” layihəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində layihə rəhbəri, işçi qrupu, müəllimlər və şagirdlər iştirak edib.

Çıxış edən layihə rəhbəri Mənsum Babayev qeyd edib ki, layihənin məqsədi sistemli olaraq fəaliyyət göstərəcək “Marş irəli” vətənpərvərlik dərnəyinin yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən müsabiqələrin və yarışların təşkili ilə şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldiməsinə, milli və ümumbəşəri dəyərlərinin inkişafına yardımçı olmaqdan ibarətdir.

Bildirilib ki, layihənin icrası zamanı “Marş irəli” vətənpərvərlik dərnəyinin rəhbəri seçiləcək, seçilmiş rəhbərin (müəllimin) və köməkçisinin təlimatlandırılması və illik proqramın yazılması aparılacaq, “Marş irəli” vətənpərvərlik dərnəyi təsis ediləcək və fəaliyyətə başlayacaq, həmçinin yürüş (parad), rəsm müsabiqəsi, atıcılıq yarışı, Vətən Müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunacaq.

Daha sonra çıxış edən müəllim və şagirdlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin gedişatına uğurlar diləyiblər.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.

Paylaş: